Basketbol üzrə kişilər arasında Azərbaycan Super Liqası bərpa olunur. Sport24.az xəbər verir ki, koronavirusun yayılma ehtimalı səbəbindən təxirə salınan 21-ci turun qarşılaşmaları sabah baş tutacaq.  

3-cü dövrənin sonuncu turu Xırdalandakı Abşeron İdman Olimpiya Kompleksində keçiriləcək. 

Görüşlərin təqvimini diqqətinizə çatdırırıq:

Azərbaycan Super Liqası 21-ci tur 11 mart   12:00. Atom - Zirvə 14:00. Atletik - Sərkərdə 16:00. Sıçrayış - Xırdalan 18:00. 80-lər - Gəncə