MBA-da çıxış edən “Los Anceles Leykers”in müdafiəçi Lonni Uoker komandanın lideri Lebron Ceymsin özəlliklərindən danışıb. Sport24.az xəbər verir ki, o, liqa tarixinin ən məhsuldar oyunçusunun yalnız bir cəhətdən axsadığını söyləyib: “Lebron basketbol tarixinin ən yaxşı oyunçusudur. Özü də digər dahi oyunçuları fərqlə üstələyir. Ceyms demək olar ki, ideal basketbolçudur. Onun yeganə bacarmadığı iş sərbəst atışlardır. O, sakit vəziyyətdə topu səbətə göndərə bilmir. Tanrı ona hər şeyi verib, bircə bu cəhətdən başqa”.

Xatırladaq ki, cari mövsüm Ceyms müntəzəm çempionatda keçirdiyi 45 oyuna orta hesabla 30 xal, 8,4 ribaund və 7 məhsuldar ötürmə ilə yadda qalıb.