MBA-da çıxış edən “Mayami Hit”in oyun qurucusu Kayl Lourinin “Los Anceles Klippers”ə keçidi baş tutmayıb. Sport24.az xəbər verir ki, buna Florida klubunun prezidenti Pet Raylinin “transfer pəncərəsi” nin bağlanması ərəfəsində yatması səbəb olub.

Belə ki, “Mayami”nin menecerləri “Klippers”lə oyunçu dəyişikliyi ilə bağlı razılığa gəlsə də, keçidi klubun prezidenti də təsdiqləməli idi. Amma Raylinin yuxulaması səbəbindən onunla əlaqə yarada bilməyiblər. Nəticədə keçid üçün ayrılan müddət başa çatıb.

Xatırladaq ki, 36 yaşlı Louri “Mayami”də ilə 28,3 milyon avro məvacib alır. Onunla müqavilə müddəti gələn ilin sonunda başa çatacaq.