MBA-da çıxış edən “Filadelfiya Seventi Siksers”in müdafiəçisi Ceyms Harden mövsümün sonunda “Hyuston Rokets”ə qayıda bilər. Sport24.az xəbər verir ki, ulduz basketbolçu bunun reallaşması üçün bütün imkanlarından istifadə etməyə çalışacaq.

Qeyd edək ki, Harden 10 il ərzində Texas klubunun heyətnidə çıxış edib. 2021-ci ildə “Brukin Nets”ə keçən Ceyms keçən mövsümün gedişində “Filadelfiya Seventi Siksers”ə treyd olunmuşdu. Cari mövsüm 33 yaşlı basketbolçu cari mövsüm Pensilvaniya klubunun heyətində 45 oyuna 21,6 xal, 10,6 ribaund və 6,2 məhsuldar ötürmə ilə yadda qalıb.