Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Puatye mərhələsi başa çatıb. Sport24.az xəbər verir ki, yarış çərçivəsindəki 8-ci turnirdən sonra ümumi turnir cədvəlində dəyişikliklər olub.

 

İki mərhələdə iştirak edən Azərbaycan millisi 95 xalla 18-cidir. Qatıldığı yeganə turnirdə 35 xal yığan "Baku Flames" isə 36-cı pillədə qərarlaşıb.

 

37 komandanın yer aldığı siyahıya Fransa başçılıq edir – 350 xal. İlk "üçlük"də qərarlaşan Niderland 250, Kanada 240 xala malikdir.

 

Qeyd edək ki, Puatyedə İspaniya 1-ci, Almaniya 2-ci, Ukrayna 3-cü olub.