Növbəti mövsüm MBA-da draftdan birinci sırada seçilməyə əsas namizəd olan Viktor Venbanyama Beynəlxalq Basketbol Federasiyasını (FİBA) ittiham edib. Sport24.az xəbər verir ki, o, FİBA-nın rəsmi saytına açıqlama vermədiyi halda onun adından müsahibə dərc olunduğunu bildirib: “4 gün əvvəl FİBA-nın rəsmi portalında mənim saxta müsahibəm dərc olunub. Bu nə biabırçılıqdır?!”

Vembanyamanın bu paylaşımından sonra FİBA fevralın 18-də sayta yerləşdirdiyi müsahibəni əsas səhifəsindən çıxarıb. Amma link vasitəsilə hələ də həmin saxta müsahibəni oxumaq mümkündür.