Gecə klubuna səfər edən və orada silah nümayiş etdirən MBA-nın ulduz basketbolçularından olan Ca Morantın 8 oyunluq diskvalifikasiya müddəti başa çatıb. Sport24.az xəbər verir ki, "Memfis Qrizzlis”in lideri buna baxmayaraq, hələ də meydana çıxmır.

Bir müddət əvvəl Floridaya yollanaraq psixoloq məsləhətləşmələrində iştirak edən Morant artıq komandaya kömək etmək gücündə olduğunu söyləyib. Ca hətta oyuna sonradan qoşulmağa hazır olduğunu da bildirib. “Memfis”in baş məşqçisi Teylor Cenkins isə bu vaiantın mümkünlüyünü istisna etməyib.