“Boston Seltiks”in basketbolçusu Ceylen Braun bazar günü keçirilən “All Star” oyunun keyfiyyətindən narazı qalıb. Sport24.az xəbər verir ki, "Massaçusets" klubunun forvardı artıq “ulduzlar matçı”nın azarkeşlərin ürəyincə olmadığnı söyləyib: “Bu basketbol deyildi. Arenaya yığışanlar “haylayt”, “ley-ap” və quru atışları izlədi. Oyun ərzində cəmi iki dəfə qayda pozuntusu qeydə alındı. Mən əminəm ki, azarkeşlər daha keyfiyyətli oyun izləmək istəyirdi. Yəqin ki, problem formatdadır. Amma bu formatı necə dəyişmək lazımdır, onu deyə bilmərəm”.

Xatırladaq ki, Braunun komanda yoldaşı Ceyson Teytumun 55 xal topladığı oyunda Yannis Adetokumbonun komandası Lebron Ceymsin komandasını 184:175 hesabı ilə məğlub edib.