"Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq".

Sport24.az xəbər verir ki, bunu "Xırdalan" basketbol klubunun baş məşqçisi Uğur Özdəmir deyib.

Türkiyəli mütəxəssis Azərbaycan kubokunda qrup mərhələsinin "Sumqayıt"la son oyununda 89:83 hesablı qələbəni şərh edib: "Bizim üçün hər hansı bir qazancın olduğunu düşünmürəm. Əksinə itirdik deyərdim. Bu gün daha bir əsas oyunçumuz zədələndi. Kubokun reqlamentinə görə oyun ritmimizi itiririk. Qrupdan çıxa bilməsək də, "Sumqayıt"la görüşdə qələbəyə görə sevinirik. Hər oyun bizim üçün çox dəyərlidir. Hazırda basketbolçularımız pley-offa kökləniblər. Bütün diqqətimizi gələn həftə "Sərhədçi" ilə keçirəcəyimiz matça yönəltmişik.

Qeyd edək ki, "Xırdalan" qrup mərhələsini 3-cü pillədə başa vuraraq, yarımfinala vəsiqə qazana bilməyib.