Basketbol üzrə “Kolorado Steyt Rems” universitet komandası “Yuta Steyt Ecci” komandasının ukraynalı oyunçusundan üzr istəyib. Spory24.az xəbər verir ki, buna səbəb komandalar arasında oyun zamanı bir qrup koloradolu azarkeşin rəqibin heyətində çıxış edən ukraynalı basketbolçunu qızışdırmaq üçün “Rusiya, Rusiya” deyə qışqırması olub.

Oyundan sonra Kolorado universitet komandası “Twitter” səhifəsində bəyanat yayıb: “Kolorado ştatının adından ukraynalı basketbolçudan və Yuta ştatından üzr istəyirik. Həqiqətən də oyun zamanı baş verənlər idman prinsiplərinə zidd hərəkətlərdir. Hər bir idmançı və azarkeş bizim meydanlarda özünü sevilən qonaq kimi hiss etməlidir. Belə hallara Kolorado ştatında yol vermək olmaz”.

Xatırladaq ki, qalmaqallı oyun “Kolorado Steyt Rems” 88:79 hesablı qələbəsi ilə başa çatıb.