2009/10 mövsümündə “Barselona”ya basketbol üzrə Avroliqada çempiolnuq qazandıran Xavier Paskal “Real Madrid”i çalışdıra bilər. Sport24.az İspaniya mətbuatına istinadən xəbər verir ki, paytaxt klubunun rəsmiləri 50 yaşlı mütəxəssislə danışıqlara başlamağa hazırlaşır.

Tərəflər razılığa gələcəyi təqdirdə, Paskual növbəti mövsümdən Madrid klubunda işləyəcək. Hərçənd, onun xidmətində başqa klubların maraqlı olması ilə bağlı məlumatlar da dolaşır.

Xatırladaq ki, ispaniyalı mütəxəssis hazırda Rusiyanın “Zenit” klubunu çalışdırır. Sankt-Peterburq klubu sponsorlarından birini itirdiyinə görə klubda maliyyə böhranı yaşanır. Hətta “Zenit”də artıq indidən ixtisarlar başlanıb. Rusiya mətbuatı mövsümün sonunda Paskualın da klubdan ayrılacağını yazır.