Bu gün basketbol üzrə Azərbaycan çempionatının final mərhələsinin növbəti görüşləri keçirilib. Sport24.az xəbər verir ki, əvvəlcə "Marşallar" və "Dərviş" "bürünc" mübarizəsinin, ardından isə NTD və "80-lər" finalın ikinci seriyasından üz-üzə gəliblər.

Hər iki görüş "The Club Port Baku"nun basketbol arenasında keçirilib. NTD ilə "Dərviş" ikinci matçlarında da qalib gələrək müvafiq olaraq qızıl və bürünc medalçılar olublar. 

14.00 - 3-cü yer uğrunda: "Marşallar" - "Dərviş" - 59:91 (ilk görüş 73:98) 15.30 - Final: NTD - "80-lər" - 90:82 (ilk görüş 66:57)