Bu gün Azərbaycan Basketbol Liqasında XII turun daha bir oyunu keçirilib. Sport24.az xəbər verir ki, matç Gəncədə baş tutub.
Şəhərin eyniadlı komandası NTD-İNDİQO-nu qəbul edib. Qarşılaşmaya meydan sahibləri yaxşı başlasalar da, üstünlüyü qoruya bilməyiblər. Nəticədə Tahir Baxşıyevin komandası qələbəyə sevinib.
Bu qələbədən sonra Azərbaycan çempionatında üçhakimiyyətlikdir. NTD-İNDİQO, "Sabah" və "Xəzri" 22 xala sahibdir.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Xəzri" "Cəlilabad"a 100:81, "Xırdalan" "Sabah"a 107:103, "Sərhədçi" "Sumqayıt"a 91:63 hesabı ilə qalib gəlib. Tura sabah keçiriləcək "Şəki" - "Neftçi" görüşü ilə yekun vurulacaq.
XII tur
26 yanvar
"Gəncə" - NTD-İNDİQO - 80:94 (27:24, 17:26, 16:22, 20:22