Rusiya basketbol klubları hələ bir müddət də Avroliqadan kənarda qalacaq. Sport24.az xəbər verir ki, bu barədə qurumun rabitə məsələləri üzrə direktoru Dieqo Fernandes məlumat verib.

O, indiki vəziyyətdə məsələnin müzakirə olunmadığını söyləyib. Xatırladaq ki, ötən ilin fevralından Rusiya klubları basketbol üzrə Avroliqadan kənarlaşdırılıb. Mövsümün gedişində MOİK, Kazanın “Uniks” və Sankt-Peterburqun “Zenit” komandalarının nəticələri ləğv edilib. İndiyə qədər MOİK-in 8 çempionluqla Avroliqanın ən titullu komandalarından biri olduğunu da qeyd edək.