Bu gün Azərbaycan Basketbol Liqasında XIII turun növbəti oyunu keçirilib. Sport24.az xəbər verir ki, günün yeganə matç Cəlilabadda baş tutub.

Yerli komanda "Şəki"ni qəbul edib. Qonaqlar çox çalışsalar da məğlubiyyətdən qaça bilməyiblər. Şəhriyar Əsgərovun komandası geridönüş edərək matçı qələbə ilə başa vurub.

Qeyd edək ki, turun digər görüşlərində "Xırdalan" "Gəncə"yə 93:87, "Sabah" "Sərhədçi"yə 96:71, "Neftçi" isə "Gəncə"yə 116:96 hesabı ilə qalib gəlib. Turun son matçında sabah NTD-İNDİQO "Xəzri"ni qəbul edəcək.

XIII tur
3 fevral
"Cəlilabad" - "Şəki" – 90:86 (21:24, 17:25, 20:24, 32:13)

"Cəlilabad" Olimpiya İdman Kompleksi