Azərbaycan Basketbol Liqasında I tura bu gün yekun vurulacaq. Sport24.az xəbər verir ki, mövsümün ilk turunun son oyununda "Ordu" "Naxçıvan"la qarşılaşacaq. 

 

Bakı İdman Sarayındakı qarşılaşma saat 19:00-da start götürəcək.

 

Qeyd edək ki, daha əvvəl "Sabah" "Neftçi"ni (86:75), "Abşeron Lions" "Şəki"ni (91:80), "Gəncə" NTD-ni (90:85), "Lənkəran" "Sumqayıt"ı (93:82), "Quba" "Sərhədçi"ni (98:76) məğlub edib.