Cari mövsüm avrokuboklarda ən çox qələbə qazanan komandaların siyahısı yenilənib. Sport24.az xəbər verir ki, təmsilçimiz "Qarabağ" yenə ön sıralarda qərarlaşıb.

Səkkiz oyunun yeddisində qələbə qazanan "köhlən atlar" yalnız bir matçda məğlub olub.

Danimarkanın "Midtyullann" və Portuqaliyanın "Braqa" klublarının da yeddi qalibiyyəti var. Hər iki kollektiv bir görüşdə heç-heçə ediblər.

İlk "5-liy"i Polşanın "Rakov" (6 qələbə, 1 məğlubiyyət) və İsveçin "Malmö" (6 qələbə, 1 məğlubiyyət, 3 heç-heçə) komandaları qapayır.