"Real"ın  hücumçusu Kilian Mbappe La Liqanın sentyabr ayı üçün ən yaxşı oyunçusu seçilib. Sport24.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.

 

Sentyabrda fransalı futbolçu La Liqanın dörd oyununda iştirak edib, beş qol vurub və bir məhsuldar ötürmə edib.

 

Qeyd edək ki, bundan başqa forvard Çempionlar Liqasının 2-ci turunda "Real"ın "Kayrat"ı 5:0 hesabı ilə məğlub etdiyi matçda adını 3 dəfə tabloya yazdırmaqla həftənin oyunçusu seçilib.