Misli Premyer liqasının VII turunun ikinci oyun gününə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı təmsilçisi "doğma divarlar" arasında "Turan Tovuz"u qəbul edir.

 

Hesabat turu ərəfəsində aktivində 11 xal olan meydan sahibləri dördüncü, qonaqlar isə 12 xalla üçüncü pillədə qərarlaşıb. "Boz qurdlar" Sumqayıtdan qələbə ilə ayrılacağı halda turnir cədvəlinin zirvəsində yüksələcək. "Kimyaçılar" 3 xal qazanacağı halda dünən qalib gələn "Araz-Naxçıvan"la xallarını bərabərləşdirib ilk pilləyə şərik olacaq. Bu üzdən azarkeşləri "Mehdi Hüseynzadə"də 90 dəqiqə gərgin və maraqlı görüş gözlədiyini söyləmək olar.

 

Qeyd edək ki, turun son iki oyunu - "Karvan-Yevlax" - "Sabah" və "Qəbələ" - "Şamaxı" qarşılaşmaları sabah baş tutacaq.

 

Misli Premyer Liqası

I dövrə, VII tur

19:30. "Sumqayıt" - Turan Tovuz"

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.