UEFA Çempionlar Liqasında "Qarabağ"ın rəqibi olmuş "Benfika"nın futbolçuları və məşqçilər korpusunun üzvləri arasında virus təhlükəsi yaranıb. Sport24.az xəbər verir ki, bu barədə "A Bola" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, bir neçə futbolçu və Joze Mourinyonun rəhbərlik etdiyi məşqçilər heyətinin üzvlərində infeksiya əlamətləri aşkarlanıb.

 

Əsas simptomlar baş və əzələ ağrılarıdır. Bu vəziyyət "Portu" ilə sabah keçiriləcək Portuqaliya çempionatının 8-ci tur matçı ərəfəsində klub rəhbərliyində narahatlıq yaradıb.

 

Qeyd edək ki, Londonda "Çelsi"yə qarşı keçirilən Çempionlar Liqası oyunu öncəsi Mourinyo özündə qrip əlamətləri hiss etdiyini demişdi. Hazırda tibbi heyət futbolçuların və məşqçilərin vəziyyətini diqqətlə izləyir.