Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb. Sport24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Türkiyə – Litva oyununda iş başında olacaq.
H qrupunun matçı oktyabrın 10-da Türkiyənin Sakarya şəhərində yerləşən "Sakarya Atatürk" stadionunda baş tutacaq.