Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X tura yekun vurulub. Sport24.az xəbər verir ki, turun son matçında "Azərreyl" "Murov Az Terminal"a 3:0 hesabı ilə yenib.

 

Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.

 

Qeyd edək ki, ötən gün MOİK "Gənclər"i 3:1, "Xilasedici" "Neftçi"ni 3:2 hesabı ilə məğlub edib.