Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında I və IV turdan təxirə salınan oyunlar keçirilib. Sport24.az xəbər verir ki, “Murov” Voleybol Klubunun idman zalında baş tutan görüşlərin hər ikisində 3:0 hesabı qeydə alınıb. 

Günə IV turdan təxirə salınan “Sərhədçi” - MOİK qarşılaşması ilə start verilib. Eldar Əliyevin komandası matçı 3:0 (25:18, 25:17, 26:24) hesabı ilə qalib gəlib. 

Dövrənin son matçı isə l turdan təxirə salınan “Murov” – “Ekspress” matçı olub. Rəqibinə aman verməyən “Murov” matçı 3:0 (25:15, 25:10, 25:17) hesabı ilə qalib gəlib.

Beləliklə, Yüksək Liqada I dövrənin oyunları başa çatıb. İlk dövrənin nəticələrinə əsəsən ilk 3 pillədə müvafiq olaraq “Murov”,  “Neftçi” və MOİK komandaları qərarlaşıblar. Eyni - hərəyə 9 xal toplayan klubların set fərqi də bərabərdir. Ardıcıllıq məhz top fərqinə görə sıralanıb. Dördüncü pilləni 3 xalla “Ekspress” tutursa, sonuncu yerdə olan “Sərhədçi” nəinki xala, setə belə həsrətdir. 

Qeyd edək ki, Yüksək Liqanın qalibi 4 dövrədən sonra müəyyən olunacaq. Xallar bərabər olarsa, yerlər qələbə sayına əsasən elan ediləcək.