Voleybolun Azərbaycanda ənənəsi böyükdür. Sport24.az xəbər verir ki, bu sözləri Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov ölkə çempionatının filan oyunu çərçivəsində keçirilən "Azərreyl" - "Abşeron" (3:1) matçının ardından baş tutan təntənəli bağlanış mərasimində deyib.

 

O, qalibləri təbrik edib: "Hər iki komanda gözəl oyun sərgilədi. Azarkeşlərə də xüsusi təşəkkür düşür. Sona qədər doğma komandalarını dəstəklədilər. Voleybol idmanı günü-gündən inkişaf edir və biz dövlətimizin qayğısını hiss edirik. Məqsədimiz Azərbaycanda Voleybolu ən yüksəklərə daşımaqdır".