Avropa Voleybol Konfederasiyası tərəfindən Azərbaycan Voleybol Federasiyasının Baş Koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərilib. Sport24.az xəbər verir ki, Gözəlbəyli 2022-ci ilin ilk təyinatı olaraq yanvarın 20-də İstanbul şəhərində kişilər arasında keçiriləcək CEV kubokunun 1/8 final matçının “Qalatasaray” (Türkiyə) – “Karlovarsko” (Çexiya) klublarının qarşılaşmalarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, görüşün hakimləri moldovalı Andrey Taran, rumıniyalı Benone Visandır.