Azərbaycan Voleybol Federasiyası (AVF) Acibadem Klinikalar Şəbəkəsi ilə müqaviləni yeniləyib. Sport24.az xəbər verir ki, Türkiyənin məşhur qrupu daha 1 il AVF-nin sağlamlıq sponsoru olacaq.  

Müqaviləyə əsasən, Acibadem Klinikalar Şəbəkəsi Azərbaycan milli komandalarının oyunçularının və məşqçilər korpusunun müalicəsini öz üzərinə götürüb. Həmçinin, AVF-nın işçilərinin və "Azərreyl" klubunun da sağlamlığı Klinikalar Şəbəkəsinə həvalə edilib. 

AVF "Acıbadəm"ə Azərbaycan voleyboluna göstərdiyi tibbi dəstəyə görə dərin minnətdarlığını bildirib. Qurum birgə işbirliyinin növbəti uğurlarda xüsusi payı olacağına inamını ifadə edib.