Türkiyənin qadın voleybolçulardan ibarət milli komandası 2025-ci il FIVB qadınlararası voleybol üzrə dünya çempionatının 1/4 finalında ABŞ-ı 3:1 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə olaraq 1/2 finala vəsiqəni təmin edib. Sport24.az xəbər verir ki, yarımfinalda Türkiyə millisi Yaponiya komandası ilə qarşılaşacaq.
Digər yarımfinalda Braziliya və İtaliya üz-üzə gələcəklər.
Dünya çempionatı Taylandda keçirilir.