Qazaxıstan yığması son 5 oyunun 4-də məğlubiyyətə uğrayıb. Sport24.az xəbər verir ki, b gün 2026-cı il dünya çempionatının seçmə mərhələsində Əli Əliyevin rəhbərlik etdiyi komanda doğma meydanda Uelsə 0:1 hesabı ilə uduzub.
Son 5 oyunda Qazaxıstan yığmasının yalnız bir qələbəsi var – DÇ-2026-nın seçmə mərhələsində Lixtenşteyn üzərində 2:0 hesablı qələbə. Bundan əlavə, həmin dövrdə komanda seçmə oyunlarda Uelsə (1:3) və Şimali Makedoniyaya (0:1), yoldaşlıq görüşündə isə Belarus yığmasına (1:4) məğlub olub. 7 sentyabrda Qazaxıstan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Belçika ilə səfər oyununa çıxacaq.
Hazırda Qazaxıstan seçmə mərhələnin J qrupunda 4 oyun sonunda 3 xal toplayaraq 4-cü yerdə qərarlaşıb.