Yığma qələbə qazanaraq Azərbaycan xalqına sevinc bəxş etmək istəyir. Sport24.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib. 

 

Mütəxəssis İslandiya yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

 

"Normalda bütün oyunlar çətin keçir. Çalışacağıq ki, səfərdən yaxşı nəticə ilə qayıdaq. Rəqibi yaxşı təhlil etmişik. İslandiyanın heyətində yüksək səviyyəli futbolçular var. Onlar topu özlərində saxlamağı sevirlər. Futbolçularıma İslandiya millisi ilə bağlı lazımı məlumatları vermişəm. Ev sahibi komanda kimi biz də qələbə qazanmağa çalışacağıq".

 

O, futbolçuların matç gününə qədər tam hazır olacaqlarını söyləyib:

 

"Reykyavikdə hava şəraitinin soyuq olması səbəbindən səfərə 3-4 gün əvvəl gəlməyi planlaşdırdıq. Gəldiyimiz günün səhəri futbolçular üçün çətin oldu. Lakin yavaş-yavaş artıq onlar İslandiyaya alışıblar və düşünürəm ki, oyuna qədər tam hazır olacaqlar. Futbolçularımız ilk qarşılaşmadan qələbə ilə ayrılmaq istəyirlər".( Report)

 

Qeyd edək ki, sentyabrın 5-də reallaşacaq İslandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.