"Qarabağ" və "Ayntraxt"ın ilk "24-lüy"ə düşmək üçün şanslar var. Ağdam təmsilçisi bu matçda qalib gələrsə, istədiyinə nail ola bilər". Bu sözləri Sport24.az-a açıqlamasında Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda keçiriləcək "Qarabağ" - "Ayntraxt" matçı ilə bağlı fikirlərini bölüşüb:

"Bu il 11 yox, 8 və ya 9 xal belə kifayət edəcək ki, növbəti mərhələyə yüksələsən. Bizim çempionatda fasilədirsə, Almaniya Bundesliqasında mövsüm davam edir. Oyun təcrübəsi baxımından "Ayntraxt" bizdən bir addım öndədir. Amma "Qarabağ" futbolçulara fasilə vermişdi ki, bu da lazım idi. Oyunçularda psixoloji yüklənmə vardı. Komanda oyun ritmindən düşməyib. Kağız üzərində "Ayntraxt" favorit olsa da, təmsilçimiz belə situasiyalardan çıxa bilib. "Ayntraxt" müəyyən üstünlüyə sahibdir,  "Qarabağ" isə təcrübəli komandadır. Bu matçdan qələbə ilə ayrılmaq olar". 

Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" oyunu yanvarın 21-də keçiriləcək.