"Çelsi"nin yarımmüdafiəçisi Enso Fernandes yayda "Real"a keçə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Teamtalk" məlumat yayıb.

Mənbələrin sözlərinə görə, London klubu 25 yaşlı argentinalı futbolçunun satışına razıdır. Ancaq "Real" onu yalnız yayda transfer etməyi planlaşdırır

Qeyd edək ki, Transfermarkt" portalının məlumatına görə, Ensonun hazırkı bazar dəyəri 85 milyon avro təşkil edir.