"Barselona"nın hücumçusu Robert Levandovski Səudiyyə Ərəbistanında oynamaqdan imtina edib. Sport24.az xəbər verir ki, Asiya ölkəsinin klublarından biri polşalı forvarda cəlbedici təklif göndərib.
Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
Ərəblər Levandovskiyə illik 100 milyon avro maaş təklif edib. 37 yaşlı futbolçu bu təklifi rədd edib. O, Avropada qalmağa üstünlük verib.
Qeyd edək ki, "Barselona" Robert Levandovskini 2022-ci ilin yayında "Bavariya"dan transfer edib. Polşa millisinin üzvü ötən mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 52 rəsmi matçda 42 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.