Çimərlik voleybolu üzrə 18 yaşadək qızlar və oğlanlardan ibarət komandalarımız Avropa çempionatında iştirak edəcəklər.

Sport24.az xəbər verir ki, yarış sabah Gürcüstanın Kaçreti şəhərində start götürəcək.

Çempionatda ölkəmizi bir qız (Səbinə Əlizadə/Lizi Latsabidze) və bir oğlan (Nəriman Bayramlı/Muhammad Aslanlı) komandası təmsil edəcək. Oğlanlar mübarizəyə əsas mərhələdən, qızları isə təsnifat mərhələsindən qoşulacaqlar.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.