Premyer Liqanın VI turu çərçivəsində Gəncədə keçirilən “Kəpəz” – “Səbail” matçını tribunadan izləyənlər arasında yeni yaranan “Gəncə” voleybol klubunun rusiyalı legionerləri də var idi. Rus gözəlçələr təxminən 70 dəqiqə oyunu izlədikdən sonra arenanı tərk etməyə qərar verdilər.

Onları stadiona kim dəvət etmişdi, niyə tribunanı erkən tərk etdilər? Bu suallara cavab tapmaq üçün “sarı-göylər”in mətbuat katibi Azad Mustafayevlə əlaqə saxladıq. Klub rəsmisi Sport24.az-a açıqlamasında bunları söylədi: “Təşəbbüs özlərindən gəlib. Gəncədə yaşayırlar, voleybol klubunda da gəncəli mütəxəssislər çalışırlar. Şübhəsiz ki, yerli sakin kimi onların oyunun başlama saatından xəbərləri olub. Qarşılıqlı əlaqələr yaratmaq, dəstək üçün “Kəpəz”in oyununu izləmək qərarına gəliblər”.

Qeyd edək ki, yeni mövsümdə Yüksək Liqada debüt edəcək “Gəncə”nin heyətində rusiyalı legionerlərlə yanaşı, Braziliya və Serbiyadan da voleybolçular çıxış edir.

 

RƏŞAD QASIMOV