Bu gün - mayın 1-i məşhur rusiyalı voleybol məşqçisi Nikolay Karpolun 85 yaşı tamam olur. Sport24.az xəbər verir ki, tay-breklərdə texniki zonada emosionallığı ilə yadda qalan bir mütəxəssislə bağlı ən xoş xatirələrini təbii ki, Rusiya millisinin əfsanəvi voleybolçusu Yekaterina Qamova bölüşə bilər.
42 yaşlı sabiq voleybolçu Karpolun çılğınlıqları haqda danışarkən, bunları söyləyib: “Əslində, ilk məşqçim xalam olub. Ondan sonra daha çılğın məşqçi olan Lyubov Suxovanın başçılığı altında çıxış etmişdim. Ona görə də Karpolun emosionallığı məni şoka salmadı. Həm də ki, bir müddət ötdükdən sonra buna alışırsan. O səs artıq sənin qulaqlarını batırmır. Sadəcə, dediklərini göstəriş kimi qəbul edirsən. Karpol əsl özü idi, biz isə öz işimizi görürdük. Nikolay Vasilyeviçi doğum günü münasibəti ilə təbrik edir, ona sağlam həyat və uzun ömür arzulayıram”.
Xatırladaq ki, Karpol Rusiyanın komanda idman növlərində ən titullu məşqçisidi. Onun baçılığı altında Rusiya millisi Olimpiadada gümüş, dünya çejmpionatında bürünc medal qazanmış və 4 dəfə də Avropa çempionu olmuşdu.