Azərbaycan milli komandasının voleybolçusu Kristina Besmanın çıxış etdiyi "Yenisey" Rusiya çempionatında ilk qələbəsini qazanıb. Sport24.az xəbər verir ki, Krasnoyarsk təmsilçisi ikinci turda "Omiçka" ilə ev matçında 3:2 hesabı ilə qələbə qazanıb.

 

Voleybolçumuz bu görüşdə xal qazanmayıb. O, matçda beş setin hamısında iştirak edib.

 

Qeyd edək ki, "Yenisey" 2 xalla 9-cu pilləyə yüksəlib.