Voleybol üzrə Azərbaycan çempionatında mübarizə aparacaq “Lokomotiv” və “Abşeron” komandaları bu gün yoldaşlıq görüşü keçiriblər. Sport24.az xəbər verir ki, Voleybol Mərkəzində baş tutan görüş 3:1 hesabı ilə “Lokomotiv” klubunun xeyrinə başa çatıb.  

Qeyd edək ki, qadınlar və kişilər arasında keçiriləcək Azərbaycan Çempionatının başlama tarixi yaxın günlərdə açıqlanacaq.