Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrəyə fevralın 2-də start veriləcək. Sport24.az xəbər verir ki, sabah baş tutacaq IV tur çərçivəsində öncə meydana “Neftçi” və “Murov” komandaları çıxacaqlar. Bu qarşılaşma saat 16:00-da başlanacaq.

Günün növbəti oyunu MOİK - “Xarı bülbül” klubları arasında olacaq. Bu duelə isə saat 18:00-da start veriləcək.

 

Azərbaycan çempionatı

Yüksək Liqa (kişilər)

IV tur

2 fevral

16:00. “Neftçi” - “Murov” (CBC sport -canlı)

18:00. MOİK - “Xarı bülbül”

 

Görüşlər Voleybol Mərkəzində baş tutacaq.