Kişi voleybolçular arasında Azərbaycan I liqasında I dövrənin son  turunun oyunlarının vaxtı və keçirilmə yerləri müəyyənləşib. Sport24.az xəbər verir ki, fevralın 13-də baş tutacaq V turun matçları bu dəfə də “Murov”un idman zalında təşkil olunacaq.

Turun ilk oyunu saat 11:00-da A qrupunda mübarizə aparan “Murov-2” və “Əlincə” oyunu ilə start veriləcək. Ardınca “Taleh-A.T” “Təhsil” ilə qarşılaşacaq. 
Günün ikinci yarısında isə B qrupunun komandaları qüvvəsini sınayacaq. Saat 14:00-da “Aura” “Masallı” ilə üz-üzə gələcək. Dövrəyə “Veteranlar” - “Azərbaycan Ali Hərbi Məktəbi” dueli ilə yekun vurulacaq. 

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.

I Liqa
V tur

13 fevral

A qrupu
11:00. “Murov-2” – “Əlincə”
12:30. “Taleh-A.T” – “Təhsil”

Turnir cədvəli: “Təhsil” – 9 xal, “Əlincə” – 4, “Murov-2” – 6, “Taleh-A.T”- 3, “Həvəskarlar” – 2

B qrupu 
14:00. “Aura” – “Masallı”
15:30. “Veteranlar” – “Azərbaycan Ali Hərbi Məktəbi”

Turnir cədvəli: “Masallı” – 8 xal, “Ryuqa” – 7, “Azərbaycan Ali Hərbi Məktəbi” – 6, “Veteranlar” – 3, “Aura” – 0