Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə start verib.

Sport24.az xəbər verir ki, Eldar Yusubovun baş məşqçi olduğu kollektiv D qrupundakı ilk matçında Gürcüstan yığmasını qəbul edib.

Bakı Voleybol Mərkəzində baş tutan görüş Azərbaycan yığmasının inqmlı qələbəsiylə yekunlaşıb - 3:0 (28:26, 25:11, 25:20).

Bu komandalar arasında növbəti görüş avqusutn 28-də Gürcüstanda keçiriləcək.