5-ci İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək kişi həndbolçulardan ibarət Azərbaycan millisinin rəqibləri müəyyənləşib.
Sport24.az xəbər verir ki, İslamiadada bu idman növü üzrə 7 ölkənin (Səudiyyə Ərəbistanı, Qətər, İraq, Türkiyə, İran, Azərbaycan və Mərakeş) komandası mübarizə aparacaq.
Püşkatmanın nəticəsinə görə, B qrupunda yer alan Azərbaycan milli komandası Türkiyə və İran yığmaları ilə yarışacaq.
Qadınlardan ibarət millimiz isə İran, Əfqanıstan və Kamerun yığmaları ilə B qrupunda qüvvəsini sınayacaq.
Qadınların yarışında “A” qrupunda Özbəkistan, Türkiyə, Seneqal, Banqladeş və Qətər milliləri mübarizə aparacaqlar.