23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası V İslam Həmrəyliyi Oyunlarını üçüncü pillədə başa vuraraq turnirin bürünc medallarını qazanıb. Sport24.az xəbər verir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev telefonla zəng edərək millimizi qazandığı nəticə münasibətilə təbrik edib.
Bu haqda assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, Samir Əliyevin baş məşqçisi olduğu U-23 yığammız 3-cü yer uğrunda matçda Əlcəzairlə qolsuz bərabərliyə qalıb və matçsonrası penaltilər seriyasında 4:3 hesabıyla qalib gəlib.