Şahmatçımız Vüqar Rəsulov İranın Gilan şəhərində keçirilən "Xəzər dənizi kuboku" beynəlxalq turnirində mübarizəyə başlayıb. Sport24.az xəbər verir ki, o, ilk turda yerli şahmatçı Səccad Damoda qalib gəlib.
Rəsulov yarışda xorvatiyalı Marin Bosioçiçdən sonra ən yüksək reytinqə malik şahmatçıdır. Turnirdə 116 nəfər mübarizə aparır.
Yarış İsveçrə sistemi üzrə doqquz turdan ibarət olacaq.