Bu gün I Liqada XIV tura start veriləcək. Sport24.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq.
Turun mərkəzi qarşılamasında "İmişi" "doğma divarlar" arasında "Qəbələ"ni qəbul edəcək. Hazırda məğlubiyyətsiz və qol buraxmadan irəliləyən "Qəbələ" 33 xalla lider, "İmişli" isə 24 xalla 3-cüdür.
26 xalla 2-ci olan "Karvan" isə qış fasiləsindən sonra inamlı təsir bağışlayan MOİK-i qəbul edəcək.
Günün digər matçında "Cəbrayıl" "Mingəçevir"in qonağı olacaq. Hər üç qarşılaşma saat 14:00-da başlayacaq.
I Liqa
XIV tur
14:00. "İmişli" – "Qəbələ"
Hakimlər: Nicat İsmayıllı, Asif Abdullayev, Zakir Şükürzadə, Vüqar Həsənli
Heydər Əliyev adına İmişli şəhər stadionu
14:00. "Mingəçevir" – "Cəbrayıl"
Hakimlər: Mahmud Bağırzadə, Elmin Süleymanov, Elman Kərimov, Rasim Musayev
Zaqatala OİK stadionu
14:00. "Karvan" – MOİK
Hakimlər: Emin Əliyev, Sənan Atayev, Rəhman Aslanov, Səbuhi Bayramov
Yevlax şəhər stadionu