Çempionlar Liqasında pley-offun ilk oyunlarına yekun vurulub. Sport24.az xəbər verir ki, mərhələnin ikinci günündə 4 matç keçirilib.
İtaliya klubları "Atalanta" və "Milan" səfərdə müvafiq olaraq "Brügge" ilə "Feyenoord"la qarşılaşıb. Hər iki komanda minimum hesabla uduzub.
"Bavariya" "Seltik"in qonağı olub. 2:1 hesabı ilə qalib gələn almanlar cavab matçı ərəfəsində böyük üstünlük qazanıblar.
"Monako" isə öz meydanında "Benfika"ya uduzub.
Qeyd edək ki, pley-offun cavab görüşləri fevralın 18-19-da keçiriləcək.
Çempionlar Liqası
Pley-off, ilk oyunlar
"Brügge" – "Atalanta" - 2:1
"Feyenoord" – "Milan" - 1:0
"Seltik" – "Bavariya" - 1:2
"Monako" – "Benfika" - 0:1