Sabah Niderlandın Veyk-an-Zee şəhərində "Tata Steel Chess" beynəlxalq şahmat turniri start götürəcək. Sport24.az xəbər verir ki, iştirakçılar arasında "Challengers" yarışında çıxış edəcək azərbaycanlı qrossmeyster Aydın Süleymanlı da olacaq.

 

Dairəvi sistemli turnirdə o, Vaişali Rameşbabu, Divya Deşmux (hər ikisi Hindistan), Nodirbek Yakubboev (Özbəkistan), Bencamin Bok, Ervin L'Ami, Artur Peipers (hamısı Niderland), Dominik Svayn (Almaniya), Tay Nquyen (Vyetnam), Ediz Gürel (Türkiyə), Kazıbek Nogerbek (Qazaxıstan), Faustino Oro (Argentina), Liu Miayu (Çin) və İrina Bulmaqa (Rumıniya) ilə qarşılaşacaq.

 

Əsas "Tata Steel Chess" turnirində isə iştirakçıların siyahısına amerikalı Fabiano Karuana başçılıq edir. Dünya çempionu Dommaracu Qukeş (Hindistan) də Veyk-an-Zeedə çıxış edəcək.