Türkiyəli müətəxəssis Fatih Tekke Azərbaycan yığmasının baş məşqçisi təyin olunacaq. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumatı yayıb.
47 yaşlı mütəxəssis dünən AFFA-nın dəvəti ilə ölkəmizə səfər edib. O, "Liv Bona Dea Arena" və Milli Komandaların Təlim-Məşq Mərkəzində olub, orada yaradılmış şəraitlə tanış olub. Türkiyəli həmkarlarımız Tekke ilə danışıqlar aparıldığını təkzib etməyiblər.
Qeyd edək ki, Fatih Tekkenin son işlədiyi klub "Alanyaspor" olub.