"Ümid edirəm ki, gələcəkdə bizi daha çox qələbələr gözləyir. Bu gün yaxşı oynadıq. Komandamın üzvlərini və azarkeşləri qələbə münasibətilə təbrik edirəm". Sport24.az xəbər verir ki, bunu NTD-nin baş məşqçisi Tahir Baxşıyev "Sabah"a qarşı Azərbaycan Basketbol Liqasının IX turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

 

Təcrübəli mütəxəssis qələbəyə görə sevincli olduqlarını bildirib: "Güclü rəqibə qarşı çıxış etdik. Oyuna yaxşı nəzarət etməyimiz məni sevindirir. Qarşılaşmanın ritmini itirmədik. Matç zamanı az səhvlərə yol verdik. Bu çox yaxşıdır. Məşq edəcəyik, hazırlaşacağıq və inkişaf edəcəyik. Ümid edirəm ki, gələcəkdə bizi daha çox qələbələr gözləyir".

 

Qeyd edək ki, NTD - "Abşeron" qarşılaşması birincilərin 85:78 hesablı qələbəsi ilə yekunlaşıb.