Azərbaycan Basketbol Liqasının XI turunda "Neftçi" "Naxçıvan"ı məğlub edib. Sport24.az xəbər verir ki, A qrupunun oyununda "ağ-qaralar" rəqibini 73:63 hesabı ilə üstələyiblər.

 

Günün son görüşündə "Sumqayıt" "Ordu"nu sınağa çəkəcək. Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək B qrupunun qarşılaşması saat 19:00-da başlayacaq.

 

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Sabah" "Sərhədçi"ni 85:78, NTD "Abşeron"u 87:77 hesabı ilə məğlub edib.