Beynəlxalq Şahmat Federasiyası (FİDE) noyabr ayı üçün reytinq siyahısını açıqlayıb. Sport24.az xəbər verir ki, ötən ayla müqayisədə 2 pillə irəliləyən Şəhriyar Məmmədyarov 2777 xalla 5-ci yerdədir.

 

Oktyabrda dünya kubokunun qalibi olan Teymur Rəcəbov isə 6 pillə irəliləyib. O, 2767 xalla 9-cudur.

 

Qədir Hüseynov isə 3 pillə irəliləyib və 2660 xalla 83-cüdür. “Top-100”-ə yeni daxil olan Nicat Abbasov 2655 xalla 93-cü yerdədir.

 

Qadınlardan da 4 şahmatçı “100-lük”-də yer alıb. Reytinqdə ən yaxşı göstərici Günay Məmmədzadəyə məxsusdur. O, 2427 xalla 38-ci sıradadır. Gülnar Məmmədova (2369) 97-ci, Xanım Balacayevə (2368) 98-ci, Ülviyyə Fətəliyeva (2368) 99-cu pillədədir.